25 sentyabr 2026, 16:33

Vətən müharibəsi iştirakçısından, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən, Vətən müharibəsi iştirakçısı olaraq, dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Özünüməşğulluq proqramı çərçivəsində mənə parket cilalama işi üçün lazımi avadanlıqlar təqdim olunub. Bu dəstək sayəsində öz işimi quraraq gəlir əldə edir və ailəmi dolandırıram.

Göstərdiyiniz diqqət və dəstəyə görə Sizə minnətdaram. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,

Əliheydər Qasımov

Azərbaycan Respublikası, Qobustan şəhəri.