24 sentyabr 2026, 16:11

Kamran İlyasovdan, Şəki, Azərbaycan

Müzəffər Ali Baş Komandan, çox hörmətli cənab İlham Əliyev,

Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün, regional sabitliyin və tarixi ədalətin bərqərar olunması istiqamətində yorulmaz fəaliyyətinizin, cəsarətli və uzaqgörən diplomatik səylərinizin beynəlxalq müstəvidə qiymətləndirilməsi, xüsusilə "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməyiniz hər bir azərbaycanlının qəlbini sonsuz fəxarət hissi ilə doldurur. Siz həm hərb meydanında tarixi Zəfər yazaraq ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Sərkərdə, həm də bütün regiona əbədi sülh, humanizm, sabitlik və həmrəylik işığı saçan uzaqgörən bir siyasi xadimsiniz.

"Zayed İnsan Qardaşlığı Mükafatı" çərçivəsində Sizə təqdim olunan 500 min ABŞ dolları məbləğində pul mükafatını bir an belə tərəddüd etmədən, tam tərkibdə Qarabağ Dirçəliş Fonduna köçürmək haqqında qəbul etdiyiniz tarixi qərar yüksək alicənablığın, milli mənafeyə sadiqliyin və doğma Vətənə elan sonsuz sevginin parlaq təzahürüdür. Bu humanist və nümunəvi addım işğaldan azad edilmiş müqəddəs torpaqlarımızın sürətlə bərpasına, Böyük Qayıdışın müqəddəs addımlarına və doğma Qarabağımızın yenidən cənnətə çevrilməsi yoluna verilən ən dəyərli mənəvi və maddi töhfədir. Bu qərar bir daha göstərir ki, Sizin üçün ən böyük mükafat xalqımıza və Vətənimizə xidmət etmək, Azərbaycanın inkişafına və gələcək nəsillərin firavan həyatına töhfə verməkdir. Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, yenidən salınan şəhər və kəndlər, öz doğma yurdlarına qayıdan ailələr xalqımızın Zəfər tarixinin yeni və qürurverici səhifələridir.

Sizin ardıcıl və prinsipial siyasətiniz nəticəsində Azərbaycan regionda söz sahibi olan, beynəlxalq aləmdə mövqeyi və nüfuzu getdikcə möhkəmlənən qüdrətli dövlətə çevrilmişdir. Xalqımızın milli iradəsinə söykənən bu siyasət Azərbaycanın müstəqilliyinin, suverenliyinin və davamlı inkişafının etibarlı təminatıdır. Əminliklə qeyd etmək istəyirəm ki, Sizin dövlətimiz qarşısında göstərdiyiniz misilsiz xidmətlər, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə nümayiş etdirdiyiniz möhkəm iradə və diplomatik məharət tariximizin ən şərəfli səhifələrində əbədi yaşayacaqdır. Bu Zəfər yalnız bugünümüzün deyil, gələcək nəsillərimizin də qürur mənbəyi olacaqdır. Sizə möhkən cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və müstəqil, qüdrətli Azərbaycanımızın işıqlı gələcəyi naminə həyata keçirdiyiniz ali və müqəddəs missiyanızda yeni-yeni Zəfərlər arzulayıram.

Yaşasın müstəqil və qüdrətli Azərbaycan!

Yaşasın Azərbaycan xalqı!

Uca Tanrı dövlətimizi, xalqımızı və Sizi qorusun!

Hörmətlə,

İlyasov Kamran Xan oğlu

Azərbaycan Respublikası, Şəki şəhəri, Kiş kəndi.