23 sentyabr 2026, 16:38

Fərid Şərifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bakı bu gün dünyanın ən mötəbər tədbirlərinin keçirildiyi məkana çevrilmişdir. “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu da bu tədbirlər siyahısındadır. Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirir. Belə tədbirlər Azərbaycanı dünyaya daha yaxından tanıtmaqla bərabər, ölkəmizdə bir çox sahələrin daha da inkişafına təkan verir, ümumilikdə Azərbaycanın mənafeyinə xidmət edir.

Möhtərəm Prezident, Sizin sayənizdə ölkəmizin nüfuzu daha da artır. Sizinlə fəxr edirəm.

Hörmətlə,

Fərid Şərifov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.