Hörmətli cənab Prezident,
Serbiya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq əlaqələrinin inkişafı, ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığımızın daha da dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu yaxınlarda Azərbaycana etdiyiniz səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, səfər zamanı Sizinlə görüşlərimiz, apardığımız danışıqlar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafı üçün yeni imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 fevral 2013-cü il.