18 sentyabr 2026, 16:55
Vətən müharibəsi veteranından, Mingəçevir, Azərbaycan
Möhtərəm cənab Prezident,
Dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadi və sosial islahatların ardıcıl şəkildə davam etdirilməsi, eləcə də Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı Sizin xalqımıza və milli maraqlarımıza olan sədaqətinizin əyani sübutudur.
Ölkəmizdə formalaşdırılan güclü xalq-iqtidar birliyi çoxsaylı uğurlara, eləcə də torpaqlarımızın azadlığına yol açdı. Bizi irəli aparan, qalibiyyətə səsləyən milli birlik və Ali Baş Komandandan qaynaqlanan ruh yüksəkliyi olmuşdur.
Mən, bir qazi olaraq, hər zaman dövlətimizin və xalqımızın yanındayam və Sizi daim dəstəkləyirəm.
Hörmətlə,
Ramil Həsənov,
Vətən müharibəsi veteranı
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.