Bahar Əfəndiyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən bir vətəndaş olaraq son illərdə ölkəmizdə səhiyyə sisteminin müasirləşməsi, tibbi xidmətlərin əlçatanlığı və əhalinin sağlamlığının qorunması istiqamətlərində atılan addımları böyük sevinc və fərəh hissi ilə izləyirəm. Sizin uzaqgörən rəhbərliyiniz sayəsində ölkəmizdə həyata keçirilən islahatlar hər bir vətəndaşın dövlət qayğısını öz üzərində hiss etməsinə imkan verir. Xüsusilə ölkə daxilində icbari tibbi sığortanın uğurla tətbiq edilməsi, ən müasir avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanaların və tibb mərkəzlərinin istifadəyə verilməsi biz vətəndaşların keyfiyyətli tibbi xidmət almasını xeyli asanlaşdırıb. Həmçinin işğaldan azad olunmuş bölgələrimizdə ən müasir tibb ocaqlarının yaradılması dövlətimizin insan amilinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Biz vətəndaşların sağlamlığına, rifahına və gələcəyinə göstərdiyiniz bu ali diqqət və qayğıya görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm. Xalqımızın sağlam gələcəyi və qüdrətli Azərbaycanın daha da çiçəklənməsi naminə fəaliyyətinizdə Sizə yeni-yeni böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əfəndiyeva Bahar.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.