15 sentyabr 2026, 12:54

Elgün Nəcəfovdan, Laçın, Azərbaycan

 

Möhtərəm cənab Prezident!

Sizin uzaqgörən siyasətiniz, qətiyyətiniz və qəhrəman Ordumuzun şücaəti sayəsində biz öz dədə-baba yurdumuz olan Laçına qayıtmışıq. Rəhbərliyinizlə yenidən qurulan, gündən-günə gözəlləşən doğma Laçını görmək bizim üçün böyük qürur və sevincdir.

Həyata keçirilən tədbirlər və göstərilən dəstək sayəsində məşğulluğumuz təmin olunması Sizin bizə olan qayğınızın göstəricisidir. İndi doğma yurdumuzda həm firavan yaşayır, həm də öz işlərimizi və təsərrüfatlarımızı qururuq.

Allah ömrünüzü uzun etsin!

Dərin hörmət və minnətdarlıqla,

Elgün Nəcəfov

Azərbaycan Respublikası, Laçın şəhəri.