16 sentyabr 2026, 15:05

Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə dövlət müstəqilliyimizin, daxili sabitliyin və vətəndaşların təhlükəsizliyin qətiyyətlə qorunması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyiniz uğurlu siyasətə görə dərin minnətdarlığımı bildirirəm.

Sizin rəhbərliyinizlə Azərbaycanda mövcud olan daxili sabitlik və təhlükəsizlik mühiti ölkəmizin davamlı inkişafının ən böyük təminatıdır. Bu gün Azərbaycan dünyada cinayətkarlığa qarşı ən effektiv mübarizə aparan və ictimai asayişin ən yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən biri kimi tanınır. Küçələrimizdəki təhlükəsizlik, vətəndaşlarımızın və ölkəmizə gələn qonaqların rahatlığı Sizin bu sahəyə göstərdiyiniz xüsusi diqqətin nəticəsidir. Daxili işlər orqanlarının maddi-texniki bazasının müasirləşdirilməsi, “Təhlükəsiz şəhər” sistemlərinin genişləndirilməsi və polis-vətəndaş münasibətlərində şəffaflığın artırılması istiqamətlərində atılan addımlar yüksək qiymətləndirilir.

Xalqımızın dinc və təhlükəsiz şəraitdə yaşaması üçün gecə-gündüz fədakarlıqla çalışan asayiş keşikçilərinə dövlət tərəfindən göstərilən ali diqqət və qayğı cəmiyyətimizdə dövlətə olan inamı daha da gücləndirir. Ölkəmizdə qanunun aliliyini təmin etdiyiniz hər bir vətəndaşın hüquqlarını, canını və malını etibarlı şəkildə qoruduğunuz üçün Sizə şəxsən dərin təşəkkürümü bildirirəm.

Azərbaycanın tərəqqisi, sabitliyinin möhkəmləndirilməsi istiqamətində ali dövlət fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,

Əfəndiyev Vəfadar.

Azərbaycan Respublikası, Ağsu rayonu.