14 sentyabr 2026, 13:45

Kamil Ağayev və başqalarından, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə ünvanladığımız məktublar öz müsbət nəticəsini verir və problemlərimizin həllinə yol açır. Elə bu məktubumuz da bununla əlaqədardır.

Bizim Pirəbbə ucqar kəndlərdən biridir. Necə deyərlər, gözdən uzaq, könüldən iraq bir yerdə yerləşir. Lakin müraciətlərimiz əsasında bizə edilən kömək humanist könüllərdən uzaq olmadığımızı göstərir. Kəndimizin əsas problemlərindən biri təbii qazla təminat idi ki, o da bir neçə il bundan əvvəl həll olundu. Sonradan kəndimizə internet xətti də çəkildi. İndi ucqar kəndimizdə “mavi yanacaq” alovlanır, insanlarımız internetdən istifadə edirlər.

Məğrur və mübariz Prezidentimiz, xalqımıza xoşbəxt həyat, firavanlıq bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Ağayev Kamil

Babayev Baba

Ağayev Aqşin

Əliyev İlqar

Feyzullayev Şamil və başqaları (13 nəfər).

Azərbaycan Respublikası, Neftçala rayonu, Pirəbbə kəndi.