11 sentyabr 2026, 14:20

Saleh Yəhyayevdən, Samux, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz altında ölkəmizin hər bir guşəsində olduğu kimi, Samux rayonunda aparılan abadlıq işləri əhali tərəfindən hörmətlə qarşılanır və alqışlanır. Şəhərin yolları genişləndirilmişdir. Yolların kənarlarına ağaclar və güllər əkilmiş, təzə asfalt örtüyü salınmış, gecə işıqlandırılması yenilənmişdir. Həmçinin qeyd etməliyəm ki, aztəminatlı ailələr daim diqqətdə saxlanılır, onlara lazımi kömək göstərilir.

Hörmətli cənab Prezident, Siz həmişə xalqla birlikdəsiniz. Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və yüksək qiymətləndiririk. Öz adımdan və rayon əhalisi adından Sizə təşəkkür edirəm.

Hörmətlə,

Saleh Yəhyayev

Azərbaycan Respublikası, Samux rayonu, Sarıqaya kəndi.