İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

04 sentyabr 2026, 09:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.

Bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Ciorcia Meloniyə səmimi təbriklərimi çatdırıram.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.

Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək", - təbrikdə deyilir.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55