Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

26 avqust 2026, 16:33

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Əziz və hörmətli Mehriban xanım.

İcazə verin, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edim, ən səmimi və xoş arzularımı çatdırım.

Qəlbi ən gözəl keyfiyyətlərlə, bənzərsiz zəriflik və sonsuz xeyirxahlıqla dolu olan Sizin kimi bir insanla yaxın dostluğumu və səmimi münasibətlərimi son dərəcə dəyərli hesab edirəm.

Sizin ictimai və dövlət həyatındakı çoxşaxəli fəaliyyətiniz təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hörmət və rəğbət qazanmışdır. Zərif qadın incəliyini və sarsılmaz iradəni özündə təcəssüm etdirən nurlu obrazınız Azərbaycan xalqının qürur mənbəyi, dövrümüzün layiqli və ruhlandırıcı qadınının parlaq nümunəsidir.

Azərbaycan Respublikası Prezidentinin Özbəkistana tarixi dövlət səfəri çərçivəsində Sizinlə bu yaxınlarda baş tutan görüş, həmçinin əbədi şəhər Buxarada birlikdə keçirdiyimiz məhsuldar və sevincli saatlar qəlbimdə ən isti və parlaq təəssüratlar buraxmışdır.

Uzun illər ərzində əsl bacı yaxınlığına əsaslanan münasibətlərimizin övladlarımız arasında, indi isə nəvələrimiz arasında da davam etməsi məni səmimi-qəlbdən sevindirir.

Əminəm ki, ortaq dəyərlərə və zəngin mədəni irsə əsaslanan əlaqələrimiz ölkələrimiz və qardaş xalqlarımız arasında dostluq bağlarını bundan sonra da yeni məzmunla zənginləşdirəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, rifah və firavanlıq arzulayıram. Qoy nəcib arzularınız qardaş Azərbaycan xalqının rifahı naminə daim yüksək nailiyyətlərə və uğurlara gətirib çıxarsın.

Səmimi hörmətlə,

 

Ziroat Mirziyoyeva

Özbəkistan Respublikasının birinci xanımı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55