Kəramət Abbasov və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Vətənimiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə iştirak edərək sağlamlığımızı itirmişik. Lakin bu gün müharibə əlilləri olaraq sağlamlığımızın bərpası ilə əlaqədar göstərilən qayğıya, müraciətlərimizə hər zaman həssaslıqla yanaşılmasına, əvəzsiz dəstək və diqqətinizə görə minnətdarlığımızı bildirir, sosial rifahımızın yaxşılaşdırılması, problemlərimizin həlli və layiqli həyat şəraitimizin təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiririk.
Bu gün Qarabağda gedən quruculuq işləri və həyata keçirilən Böyük Qayıdış proqramı Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsidir. O cümlədən bu gün ölkəmizin gündən-günə çiçəklənməsi də Sizin siyasətinizin uğurunun nümunəsidir. Siz hər zaman Azərbaycan xalqının yanında olub onun qayğısına qalırsınız.
Ölkəmizin inkişafı, sülh və əmin-amanlıq şəraitində yaşamağımız üçün həyata keçirdiyiniz daxili və xarici siyasəti dəstəkləyir, görülən bütün işlərə görə Qarabağ müharibəsi əlilləri adından Sizə təşəkkür edirik.
Hörmətlə,
Abbasov Kəramət
Əsgərov Elşad
Məmmədov Vüsal.
Azərbaycan Respublikası, Gəncə şəhəri.