18 avqust 2026, 14:37

Bahar Əfəndiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bütün sahələrdə inkişafını davam etdirir, respublikamızın beynəlxalq miqyasda siyasi çəkisi və nüfuzu gündən-günə artır. Uzaqgörən xarici siyasətiniz sayəsində bu gün Azərbaycan qlobal arenada söz sahibinə, mühüm strateji tərəfdaşa çevrilmişdir. Milli maraqlara əsaslanan qətiyyətli xarici siyasət kursu dövlətimizi dünyada etibarlı və prinsipial tərəfdaş kimi tanıtmışdır. Ona görə də
bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır.
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, irimiqyaslı nəqliyyat-logistika və enerji layihələri Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir.

Cənab Prezident, Sizin rəhbərliyinizlə qazanılan hər bir diplomatik qələbə xalqımızda böyük qürur və iftixar hissi doğurur. Azərbaycanın qüdrətinin daha da artması, mövqeyinin möhkəmlənməsi, xalqımızın firavanlığının yüksəldilməsi istiqamətində göstərdiyiniz yorulmaz səylər ölkəmizin gələcəkdə daha çox nailiyyətlər qazanacağına əminliyimizi gücləndirir.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Bahar Əfəndiyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.