18:30

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
Bütün xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır.
Əlilliyi olan şəxslərin mərkəzdə tibbi-sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda, reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək.
Dövlətimizin başçısı və birinci xanım qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan protezlərə də baxdılar. Bu protezlər istifadəçilərə təbii fizioloji, sərbəst və təhlükəsiz hərəkət, müxtəlif səth və sürətlərə uyğunlaşma, həmçinin sosial həyata və əmək fəaliyyətinə daha sürətli inteqrasiya imkanı yaradır. İndiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim olunub. Həmçinin yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər sayəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub.
Ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı üzrə işlər nəcib fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılıb.
Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən sosial müdafiə siyasəti nəticəsində reabilitasiya vasitələrinin çeşidinin sayı 57-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər bu ilin əvvəlindən bəri 300 minədək müxtəlif növ reabilitasiya vasitələri ilə təmin edilib.
Dövlətimizin başçısı və birinci xanım nazirliyin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət növləri üzrə əl işlərindən ibarət sərgiyə baxdılar. Həssas qruplardan olan şəxslərin yaradıcılıq potensiallarının üzə çıxarılması və iqtisadi fəallıqlarının dəstəklənməsi məqsədilə yaradılmış “dostart.az” portalı vasitəsilə həmin əl işlərinin onlayn satışı həyata keçirilir və bu təşəbbüs onların əmək bazarına inteqrasiyasına mühüm töhfə verir.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim edildi.
Qeyd olundu ki, əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə daha da genişləndirilərək 20-yə çatdırılması nəzərdə tutulur.
Son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar dünya səviyyəsində yüksək qiymətləndirilib və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunub. Onların arasında “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatı da var.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz olub.
Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.














Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2001-ci il 8 noyabr tarixli “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci ...
26 oktyabr 2026, 12:51Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşl...
26 oktyabr 2026, 12:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əmək...
26 oktyabr 2026, 12:49Azərbaycan Respublikasında tikinti sahəsində institusional əsasların gücləndirilməsi məqsədilə kompleks islahatlar həyata keçirilmiş, bu çərçivədə qəbul edilmiş qanunvericilik aktları ilə tikinti prosedurları təkmilləşdirilmişdir.
Azərbaycan Respublikası Konstitusiya...
26 oktyabr 2026, 12:48
Hörmətli cənab Federal Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmn...
26 oktyabr 2026, 11:15Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu gün Qazaxıstan Respublikas...
25 oktyabr 2026, 11:00