11 avqust 2026, 16:48

Malik Rəcəbovdan, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan çox böyük uğurlara imza atmış, ölkəmizin beynəlxalq miqyasda nüfuzu yüksəlmiş, mövqeyi möhkəmlənmiş, əhalinin rifahı gündən-günə yaxşılaşmışdır. Həmçinin regionlarımızın sosial-iqtisadi inkişafı istiqamətində atılan addımların nəticələri bu gün göz qabağındadır. Həyata keçirdiyiniz islahatlar hər bir sahədə öz uğurlu nəticələrini göstərir.

Cənab Prezident, bütün bu nailiyyətlər bir ağsaqqal olaraq məni çox sevindirir. Sizin kimi Vətənini və xalqını sevən Prezidentimizin olmasından, ölkəmizin gücünün, qüdrətinin getdikcə artmasından qürur duyuruq. İnanırıq ki, uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bundan sonra da davamlı şəkildə inkişaf edəcək, daha çox nailiyyətlər qazanacaqdır. Bu şərəfli yolda Sizə möhkəm cansağlığı, tükənməz enerji, müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Malik Rəcəbov

Azərbaycan Respublikası, Neftçala rayonu.