“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 avqust 2026, 12:51

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir;

1.2. Azərbaycan Respublikası Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.

2. “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilsin və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına (bundan sonra – Şura) verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 1.1-ci bəndi və 3-cü hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bir ay müddətində:

4.2.1. Azərbaycan Respublikası Audiovizual Şurasının və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etsin;

4.2.2. cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etsin;

4.3. Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

4.4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görsün;

4.5. “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I); 2024, № 5 (I kitab), maddə 526; 2025, № 5, maddə 444, № 9, maddə 817; 2026, № 3, maddə 228, № 4, maddə 315; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 iyun tarixli 702 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.3.14-cü, 2.1.4.20-ci, 2.1.5.2-ci, 2.1.5.10-cu, 2.1.6.2-ci abzaslarında və 2.3.3-cü yarımbəndin 1-ci abzasında “Audiovizual” sözü “Media və Yayım” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 19 (Cild I) 2-ci, 4–6-cı hissələri və 10.2-ci bəndi ləğv edilsin.

7. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 100 (Cild I); 2024, № 6 (I kitab), maddə 654; 2025, № 8, maddə 746) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci, 1.1.19-cu, 11.2-1-ci, 11.2-3-cü, 11.2-4-cü, 11.3-cü, 29.4-cü, 30.1-ci, 33.5-ci maddələrində, 35.1-ci və 35.2-ci maddələrinin birinci cümlələrində, 38.4-cü, 41.4-cü maddələrində, 42.1-ci maddəsinin ikinci cümləsində, 45.2-ci, 47.1.8-ci, 47.1.9-cu, 48.2-ci maddələrində, 54.5-ci və 54.6-cı maddələrinin birinci və ikinci cümlələrində, 57.7-ci, 58.6-cı, 59.2-ci, 62.4-cü maddələrində, 70.1-ci maddəsinin ikinci cümləsində, 70.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 73.6-cı, 73.8-ci maddələrində, 75.2-1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

7.2. 2.5-ci bənd ləğv edilsin;

7.3. 2.5-1-ci bənddən hər iki halda “(ikinci halda)” sözləri çıxarılsın;

7.4. 2.6-cı bənddə “41.4-cü maddəsində” sözləri “1.1.18-ci, 38.4-cü, 41.4-cü, 47.1.9-cu maddələrində, 54.5-ci maddəsinin birinci və ikinci cümlələrində” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;

7.5. 2.7-ci bənd ləğv edilsin;

7.6. 2.8-ci və 2.9-cu bəndlərdən “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin” sözləri çıxarılsın;

7.7. 2.11-ci bənddən “(birinci halda)” və “(ikinci halda)” sözləri çıxarılsın.

8. “Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 230; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 iyun tarixli 702 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.7.18-ci, 1.9.10-cu, 1.11.15-ci, 1.15.8-ci, 1.15.11-ci, 1.19.7-ci, 1.20.7-ci, 1.21.6-cı, 1.22.5-ci və 1.23.6-cı yarımbəndlərdə “Audiovizual” sözü “Media və Yayım” sözləri ilə əvəz edilsin;

8.2. 2.10.2-ci, 2.11.2-ci, 2.12.2-ci və 2.13.2-ci yarımbəndlərdə “Audiovizual Şuranın” sözləri “Media və Yayım Şurasının” sözləri ilə əvəz edilsin.

9. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339) (Cild I); 2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 8, maddə 759, № 11, maddə 1018) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3-cü hissəyə “Şurasına” sözündən sonra “, Media və Yayım Şurasına” sözləri əlavə edilsin;

9.2. həmin Fərmanla təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın 4.9-cu bəndinin “Əsas icraçılar” sütununda “Sosial Tədqiqatlar Mərkəzi” sözləri “Media və Yayım Şurası” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 9, maddə 832 (Cild I) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 8.1.12-ci yarımbəndin “Digər icraçılar” sütunundan “Sosial Tədqiqatlar Mərkəzi,” sözləri çıxarılsın;

10.2. “Qeyd” hissəsinə ikinci halda “yarımbəndlərində” sözündən sonra “, Azərbaycan Respublikasının Media və Yayım Şurasına tövsiyə edilsin ki, bu Dövlət Proqramının 8.1.12-ci yarımbəndində” sözləri ilə əvəz edilsin.

11. “Azərbaycan Respublikası Audiovizual Şurasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 aprel tarixli 3216 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 355 (Cild I) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2026-cı il

SƏNƏDLƏR Sərəncamlar 27 avqust 2026
15:35
“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                         

1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...

27 avqust 2026, 15:35
SƏNƏDLƏR Qanunlar 27 avqust 2026
15:34
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasını...

27 avqust 2026, 15:34
SƏNƏDLƏR Fərmanlar 27 avqust 2026
15:33
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etm...

27 avqust 2026, 15:33
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:29
Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regio...

25 avqust 2026, 16:29
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:28
“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyə...

25 avqust 2026, 16:28
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:27
2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd ...

25 avqust 2026, 16:27
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:26
“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələl...

25 avqust 2026, 16:26