14:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 605 (Cild I) 2.5-ci bəndinə “Holdinqi” sözündən sonra “və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 23, № 2, maddə 136, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 15.2-ci bəndinə “Holdinqi” sözündən sonra “və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459, № 8, maddə 763, № 11, maddə 1037, № 12 (I kitab), maddələr 1137, 1147; 2026, № 1, maddə 32; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 iyun tarixli 683 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 4-cü hissəsinə “Holdinqinin” sözündən sonra “və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un)” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2100 (Cild I) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci hissə üzrə:
4.1.1. “2.0”, “2.0.1” və “2.0.2” rəqəmləri müvafiq olaraq “2.1”, “2.1.1” və “2.1.2” rəqəmləri ilə əvəz edilsin;
4.1.2. 2.1.1-ci yarımbəndin üçüncü abzasında “2.0.1-ci” sözləri “2.1.1-ci” sözləri ilə əvəz edilsin;
4.1.3. aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:
“2.2. Bu Qaydanın 3.1-ci, 4.1-ci, 4.3-cü bəndlərində, 4.4 – 4.6-cı bəndlərinin birinci cümlələrində, 4.12-ci və 4.13-cü bəndlərində “dövlətə məxsus hüquqi şəxs” dedikdə idarəetməsinə verilən dövlət müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə, eləcə də həmin hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəzərdə tutulur.”;
4.2. 4.8-ci bəndin birinci cümləsinə “borcalan” sözündən sonra “və idarəetməsinə verilən dövlət müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə, eləcə də həmin hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567 (Cild I); 2024, № 7, maddə 803) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın 2.1.1-ci yarımbəndinə aşağıdakı məzmunda 7-ci abzas əlavə edilsin:
“7. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) idarəetməsinə verilmiş hüquqi şəxslər – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) vasitəsilə;”.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; 2025, № 2, maddə 119, № 3, maddə 225, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.0.4-cü və 3.0.5-ci yarımbəndlərə birinci halda “dövlət” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
6.2. 3.0.8-ci yarımbəndə “Nazirliklə” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
6.3. 3.0.9-cu və 3.0.35-ci (birinci halda) yarımbəndlərə “dövlətə” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2026-cı il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə k...
02 sentyabr 2026, 13:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 ...
02 sentyabr 2026, 13:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-...
02 sentyabr 2026, 13:33Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komit...
02 sentyabr 2026, 13:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild ...
02 sentyabr 2026, 13:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanun...
02 sentyabr 2026, 13:30Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Top...
02 sentyabr 2026, 13:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquru...
02 sentyabr 2026, 13:28Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (Azərbaycan Respublikasının Qan...
02 sentyabr 2026, 13:27PDF yükləyin
02 sentyabr 2026, 13:26