05 avqust 2026, 14:10

Məhparə Abbasova və Şəhriyar Ağayevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin müəyyən etdiyiniz inkişaf strategiyasına uyğun olaraq ölkəmizin bütün bölgələrində, o cümlədən Tərtər rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki bu işlərin görülməsində əsas məqsəd insanların rahat, təhlükəsiz yaşayışını təmin etməkdir. Yollara asfalt örtüyünün salınması, binaların fasadlarının təmiri, həyətlərdə abadlaşdırma işlərinin aparılması Tərtər şəhərinə yeni görkəm bəxş etmişdir.

Vətəndaşların firavanlığını hər zaman diqqət mərkəzində saxladığınıza, onlara yüksək diqqət və qayğı göstərdiyinizə görə Sizə Tərtər sakinləri adından minnətdarlığımızı bildiririk. Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz gələcəkdə də öz dinamik inkişafını davam etdirəcək, xalqımız daha xoşbəxt həyat yaşayacaq. Sizə cansağlığı, uzun ömür, çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Məhparə Abbasova

Şəhriyar Ağayev

Azərbaycan Respublikası, Tərtər rayonu.