04 avqust 2026, 18:00

Xeyrulla Əzizovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Şirvan şəhərində həyata keçirilən abadlıq və yenidənqurma işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Binaların fasadlarının müasir üslubda yenilənməsi və köhnə şəhər massivinin abadlaşdırılması şəhərimizə xüsusi yaraşıq verib. Görülən bu işlər sakinlərin rahat yaşayışına və şəhərin inkişafına mühüm töhfə verir.

Cənab Prezident, respublikamızın tərəqqisi və xalqımızın firavanlığı üçün gördüyünüz bütün işləri dəstəkləyirik. İnanırıq ki, doğma Azərbaycanımız Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, uzun ömür, çətin və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Xeyrulla Əzizov

Azərbaycan Respublikası, Şirvan şəhəri.