04 avqust 2026, 12:48

Samir Kərimovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin milli maraqlara söykənən, öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunan, bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursunuz ölkəmizə beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazandırıb. Hər dəfə xarici ölkələrə səfərləriniz, keçirdiyiniz görüşlər zamanı bunun şahidi oluruq.

Qırğızıstana dövlət səfəriniz çərçivəsində mühüm görüşlərin keçirilməsi və sənədlərin imzalanması, müxtəlif tədbirlərdə, xüsusilə də Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə tamhüquqlu üzv qismində iştirakınız əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və yeni regional təşəbbüslərin razılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər Mərkəzi Asiya ölkələrinin Azərbaycana strateji tərəfdaş kimi verdiyi önəmi növbəti dəfə nümayiş etdirdi.

Cənab Prezident, qardaş ölkələr arasında əməkdaşlığın inkişafı və Türk dünyasının birliyinin möhkəmlənməsi naminə fəaliyyətinizə görə Sizə təşəkkür edirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycanın gücü, qüdrəti artmaqda davam edəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənəcək. Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Samir Kərimov

Azərbaycan Respublikası, İsmayıllı rayonu.