03 avqust 2026, 12:40

Nadir Əliyev və Anar Məmmədovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri bütün bölgələrdə olduğu kimi, Tərtər rayonunda da davam etdirilir. Şəhərimizdəki yaşayış binalarının fasadlarının əsaslı təmir olunması, müasir üslubda rənglənməsi, həyətlərin abadlaşdırılması, sakinlərin istirahəti üçün hər cür şəraitin yaradılması böyük məmnunluqla qarşılanmışdır. Görülən işlər şəhərimizi gözəlləşdirməklə, müasirləşdirməklə yanaşı, sakinlərin rahat yaşayışına da xidmət edir.

Cənab Prezident, göstərdiyiniz qayğıya, vətəndaşların firavanlığının yaxşılaşdırılmasını hər zaman diqqətdə saxladığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Sizə cansağlığı, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Nadir Əliyev

Anar Məmmədov

Azərbaycan Respublikası, Tərtər rayonu.