31 iyul 2026, 15:25

Ayan Əsgərovadan, Laçın, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mən bu məktubu Sizə dərin hörmətimi və səmimi minnətdarlığımı bildirmək üçün yazıram. Uzun illər doğma yurdumuz Laçından uzaqda yaşadıq.
Sizin sayənizdə öz ata-baba torpağımıza qayıtdıq. Sevincimizin həddi-hüdudu yoxdur. Laçına qayıtmaq bizim üçün yalnız bir köç deyil, illərlə qəlbimizdə yaşatdığımız ən böyük arzunun gerçəkləşməsi oldu. Bu sevinci bizə yaşatdığınız üçün Sizə ailəmiz adından sonsuz təşəkkür edirəm.

Uca Allahdan Sizə cansağlığı, uzun ömür, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Ayan Əsgərova

Azərbaycan Respublikası, Laçın rayonu.