31 iyul 2026, 14:10

Anar Tarverdiyevdən, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin müdrik rəhbərliyinizlə ölkəmizdə gedən inkişaf proseslərinin Quba rayonunda da şahidi oluruq. Bu gün Qubada genişmiqyaslı yenidənqurma işləri aparılır. İnfrastruktur yenilənir, kənd təsərrüfatı, turizm sahələri inkişaf edir.
Yeni təhsil ocaqları, səhiyyə mərkəzləri tikilir, dağ kəndlərinə yollar salınır ki, bütün bunlar sakinlərin həyatının daha da rahatlaşmasına töhfə verir. Yaradılan iş yerləri rifahımızı yüksəldir. Bu firavan həyata, Quba əhalisinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlıq edirik.

Sizə cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

 

Anar Tarverdiyev

Azərbaycan Respublikası, Quba rayonu.