30 iyul 2026, 19:10

Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan öz dinamik inkişafını davam etdirir, ölkəmizin beynəlxalq mövqeləri getdikcə daha da möhkəmlənir. Düşünülmüş islahatlarınız və qətiyyətli qərarlarınız həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar artıq hər kəs tərəfindən qəbul olunur, hörmət edilir. Siz dövlətimizin və xalqımızın milli maraqlarını qətiyyətlə qoruyursunuz. Bu gün ölkə vətəndaşları təhlükəsizlik, sülh, əmin-amanlıq şəraitində firavan həyat yaşayır və bu, məhz Sizin yorulmaz səylərinizin, Vətənə, xalqa bağlılığınızın, diqqət və qayğınızın nəticəsidir.

Xalqımız əmindir ki, Azərbaycanın daha parlaq gələcəyi, daim zirvələrə doğru irəliləməsi məhz Sizin adınızla bağlıdır, ona görə də hər zaman ətrafınızda dəmir yumruq kimi birləşməyə davam edəcək. Sizin uzaqgörən siyasətinizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə həyata keçirdiyiniz fəaliyyətdə uğurlar arzulayıram.

Uca Allah Sizi və Azərbaycanımızı qorusun!

Dərin hörmətlə,

 

Vəfadar Əfəndiyev

Azərbaycan Respublikası, Ağsu şəhəri.