29 iyul 2026, 12:55

Əmirxan Həsənlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycanda gənclərə göstərdiyiniz yüksək diqqət və qayğıya, onların hərtərəfli inkişafı üçün yaratdığınız geniş imkanlara görə Sizə minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm. Sizin həyata keçirdiyiniz uğurlu gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi daha fəal, təşəbbüskar, milli-mənəvi dəyərlərə bağlı bir nəsil kimi formalaşır. Mən Azərbaycanın sürətli inkişafını, beynəlxalq nüfuzunun artmasını, xalqın sosial rifahının yaxşılaşmasını böyük fəxarət hissi ilə izləyirəm.

Cənab Prezident, Siz bütün dünyada öz sözünü çəkinmədən deyən qətiyyətli Lidersiniz. Çox xoşbəxtəm ki, Sizin rəhbərlik etdiyiniz bir ölkədə yaşayıram. Sizinlə fəxr edirəm. Biz gənclər hər zaman Sizin ətrafınızda dəmir yumruq kimi birik və həyata keçirdiyiniz siyasəti dəstəkləyirik.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

 

Əmirxan Həsənli

Azərbaycan Respublikası, Bakı şəhəri.