28 iyul 2026, 17:15

Klavdiya Qəmbərovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin Azərbaycan gənclərinə verdiyiniz dəyər, onların təhsilinə göstərdiyiniz diqqət böyük rəğbətlə və məmnunluqla qarşılanır. Hərtərəfli inkişaf üçün yaradılmış geniş imkanlar sayəsində bu gün Azərbaycan gəncliyi daha fəal, təşəbbüskar bir nəsil kimi formalaşır.

Mən övladları xaricdə təhsil üzrə Dövlət Proqramının qalibləri seçilən bütün valideynlər adından Sizə sonsuz təşəkkürümü bildirirəm.

Cənab Prezident, Azərbaycanın gələcəyi naminə yorulmadan çalışmağınız hər bir vətəndaş üçün böyük ümid və güvən mənbəyidir.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

 

Klavdiya Qəmbərova

Azərbaycan Respublikası, Bakı şəhəri.