28 iyul 2026, 16:55

Gülabətin Qurbanovadan, Şamaxı, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin tapşırığınıza əsasən ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına, dayanıqlı iqtisadiyyatın və sahibkarlığın inkişafına dəstək göstərən bir layihədir. Bu proqram vasitəsilə işsiz şəxslərin işə cəlb olunmalarına, öz təsərrüfatlarını qurmalarına əlverişli şərait yaradılması çox müsbət haldır.

Cənab Prezident, ölkəmizdə əhalinin rifahının yüksəldilməsi, məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanır. Bu kimi layihələrin uğurla davam etdirilməsinə, göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmətlə,

 

Gülabətin Qurbanova,

Azərbaycan Respublikası, Şamaxı rayonu.