Kamran İlyasovdan, Şəki, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin Avropanın aparıcı dövlətlərindən olan Almaniya Federativ Respublikasına rəsmi səfəriniz Azərbaycanın beynəlxalq arenada artan strateji çəkisinin və qlobal miqyasda qəbul olunan milli gücünün növbəti əyani sübutudur.
Bu tarixi səfər ölkəmizin Avropa liderləri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə və ali maraqlara söykənən dialoqunun ən parlaq səhifəsini təşkil edir. Sizin rəhbərliyinizlə Almaniyada keçirilən yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasında iqtisadi, siyasi və mədəni bağları yeni bir intibah mərhələsinə daşıyır.
Bu addımlar müasir tariximizi qızıl hərflərlə yazan, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edən dahi bir Sərkərdənin həm də dünya miqyaslı böyük bir diplomat olduğunun bariz nümunəsidir. Milli dövlətçilik ideallarımızı hər zaman uca tutan uzaqgörən xarici siyasətiniz sayəsində Azərbaycan bu gün qlobal tərəfdaşlıq layihələrinin mərkəzində dayanan əvəzolunmaz bir gücdür.
Sizin hər bir xarici səfəriniz müstəqil dövlətimizin sarsılmaz iradəsinin dünyaya möhtəşəm nümayişidir. Sizin rəhbərliyinizlə həm döyüş meydanında, həm də beynəlxalq diplomatiya masasında qazanılan hər bir uğur gələcək nəsillər üçün ən böyük qürur mənbəyidir.
Yaşasın güclü, sarsılmaz və suveren Azərbaycan!
Yaşasın birliyi və iradəsi ilə dastan yazan Azərbaycan xalqı!
Yaşasın ölkəmizi zirvədən-zirvəyə aparan Müzəffər Ali Baş Komandanımız!
Hörmətlə,
İlyasov Kamran Xan oğlu
Azərbaycan Respublikası, Şəki rayonu, Kiş kəndi.