Kənan Əsgərovdan, Xocavənd, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təzahürüdür
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunu, dövlətimizin açıq dialoq siyasətini və qlobal etimadını bir daha nümayiş etdirdi.
Şuşa şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Bu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi, media və diplomatik dialoqun mühüm mərkəzlərindən birinə çevrilib. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və nüfuzlu şəxslərin iştirakı Azərbaycanın artan nüfuzunun və həyata keçirdiyiniz uğurlu xarici siyasətin nəticəsidir.
Cənab Prezident, forum zamanı ölkəmizin milli maraqları, regional təhlükəsizlik, informasiya mühiti, media məsuliyyəti və postmünaqişə dövründə aparılan bərpa-quruculuq işləri barədə prinsipial və qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı. Azərbaycanın haqlı mövqeyinin beynəlxalq auditoriyaya birbaşa təqdim edilməsi dövlətimizin informasiya siyasətinin mühüm uğurlarından biridir.
Bu gün Azərbaycan güclü liderlik, milli birlik və uzaqgörən siyasət sayəsində regionun aparıcı dövlətinə çevrilib. Əldə olunan bütün uğurların əsasında Sizin qətiyyətiniz, siyasi iradəniz və xalqa sədaqətlə xidmət edən dövlətçilik fəlsəfəniz dayanır.
Mən Yeni Azərbaycan Partiyasının üzvü olaraq əminliklə bəyan edirəm ki, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və Azərbaycanın daha da güclənməsi naminə həyata keçirilən siyasəti dəstəkləyir, Sizin rəhbərliyiniz altında ölkəmizin daha böyük uğurlara imza atacağına inanıram.
Biz dünən də, bu gün də, sabah da dövlətimizin, xalqımızın və Sizin -Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Azərbaycanın milli maraqlarının qorunması, dövlətimizin qüdrətinin daha da artması və xalqımızın rifahı naminə həyata keçirilən siyasətdə Sizin yanınızda sonadək olacağımızı qətiyyətlə bəyan edirəm.
Hörmətlə,
Əsgərov Kənan Vaqif oğlu.
Azərbaycan Respublikası, Xocavənd rayonu, Muğanlı kəndi