15 iyul 2026, 18:55

Fədail Qədirovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizin hər bir bölgəsində aparılan abadlıq-quruculuq işləri, vətəndaşların sosial-məişət şəraitlərinin ehtiyacı olan ailələrə, o cümlədən şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına olan diqqət və qayğı bir vətəndaş kimi məni də sevindirir.

Siz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir, onların mövcud problemlərinin aradan qaldırılması ilə bağlı tapşırıqlar verirsiniz. Bu diqqət və qayğı xalqımız tərəfindən də məmnunluqla qarşılanır.

Bütün bunlara görə Sizə öz dərin təşəkkürümü bildirirəm.

Ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyinə nümayiş etdirdiyinizə, ölkənin inkişafı naminə həyata keçirdiyiniz uğurlu fəaliyyətinizə görə Sizə təşəkkür edirəm.

 

Hörmətlə,

Qədirov Fədail

Azərbaycan Respublikası, Mingəçevir şəhəri