Faysal Altundərədən, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident!
Türkiyə Respublikasının vətəndaşı olaraq Zati-alinizə ən səmimi sevgi, hörmət və ehtiramımı bildirirəm.
Şuşa Qlobal Media Forumundakı dəyərli çıxışlarınızı böyük məmnuniyyətlə və qürurla izlədim. Forumda Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı və strateji tərəfdaşlığı vurğuladınız. "Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə yoxdur" ifadəniz təkcə dövlətlərimiz arasındakı güclü münasibətləri deyil, həm də xalqlarımız arasındakı səmimi bağı gözəl şəkildə ifadə edir.
Tam əminik ki, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası hər baxımdan daha güclü, daha firavan, daha dinc və daha uğurlu bir gələcəyə doğru irəliləyəcəkdir. Eyni zamanda, qardaş Azərbaycanın da Sizin rəhbərliyiniz altında böyük uğurlar qazanmasını və rifahını daha da artırmasını ürəkdən arzulayırıq.İnanıram ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, həmrəylik və strateji əməkdaşlıq gələcək nəsillər üçün nümunə olacaq şəkildə daha da möhkəmlənəcək. Bu iki qardaş ölkənin birliyi və həmrəyliyi bölgəmizin sülhü, sabitliyi və inkişafı üçün böyük əhəmiyyət kəsb edir.Türkiyə ilə bağlı ifadə etdiyiniz hər bir səmimi söz türk xalqı tərəfindən sevgi və minnətdarlıqla qarşılanır. Qardaşlığımıza verdiyiniz dəyərə görə Sizə təşəkkür edir, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.Allah Türkiyə ilə Azərbaycanın qardaşlığını və birliyini daim qorusun! Dərin hörmətlə,
Faysal Altundərə
Türkiyə Respublikası, İstanbul şəhəri