15 iyul 2026, 13:00
Zülfiyyə Cavadovadan, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin güclü və qətiyyətli siyasi addımlarınızı bu gün təkcə paytaxt Bakıda yox bütün şəhər və rayonlarımızın sürətli inkişafında görə bilirik. Bu gün doğma şəhərim Şirvanın siması günü-gündən gözəlləşir.
Küçələr, yollar asfaltlaşır, çoxmərtəbəli yaşayış binalarının fasadları və damları yenilənir, ağaclar əkilir, insanların asudə vaxtlarının səmərəli təşkili üçün parklarda hər cür şərait yaradılır.
Cənab Prezident!
Bütün bunlara görə Sizə səmimi-qəlbdən minnətdarıq.
Hörmətlə,
Cavadova Zülfiyyə
Azərbaycan Respublikası, Şirvan şəhəri