14 iyul 2026, 17:05

Natiq Əzizlidən, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident! ​

Hazırda Şirvan şəhərində geniş miqyasda aparılan abadlıq və yenidənqurma işləri biz sakinləri ürəkdən sevindirir və şəhərimizin simasını sürətlə müasirləşdirir. Bu gözəl dəyişikliklərə və göstərdiyiniz xüsusi diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Siz, vətəndaşların qayğısına qalırsınız, hər zaman xalqın yanındasınız. Əhalinin sosial problemlərinin həlli də daim Sizin diqqət mərkəzinizdədir. Bu qayğıkeş münasibət bizi sevindirir, Sizə olan məhəbbətimizi, inam və güvənimizi daha da artırır.

İnanırıq ki, bu xeyirli işlər uğurla davam etdiriləcək və sənaye potensialı böyük olan Şirvan daha da inkişaf edəcəkdir.

Hörmətlə,

Əzizli Natiq

Azərbaycan Respublikası, Şirvan şəhəri.