Natalya Fatyanovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyiniz dərin məzmunlu çıxışa görə Sizə dərin ehtiramımı və səmimi minnətdarlığımı bildirmək istəyirəm.
Forum çərçivəsində beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarına verdiyiniz cavabları böyük diqqətlə izlədim. Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru və Azərbaycan Respublikasının vətəndaşı olaraq qeyd etmək istəyirəm ki, çıxışınız yüksək intellektual səviyyəsi, dövlətçilik təfəkkürü və müstəsna diplomatik məharəti ilə məndə dərin təəssürat yaratdı.
Müasir beynəlxalq proseslərə verdiyiniz dolğun qiymətləndirmələr, kütləvi informasiya vasitələrinin ictimai rəyin formalaşmasındakı rolu, obyektiv informasiya, qarşılıqlı etimad və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirləriniz xüsusi rəğbətlə qarşılandı. Sizin cavablarınız ardıcıllığı, dəqiqliyi, həmsöhbətlərə hörmətlə yanaşma tərzi və tutarlı arqumentləri ilə seçilirdi.
Xüsusilə Azərbaycanın inkişafı, beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi, irimiqyaslı infrastruktur layihələrinin uğurla həyata keçirilməsi, regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən siyasət barədə səsləndirdiyiniz fikirlər böyük qürur hissi doğurdu. Çıxışınız bir daha göstərdi ki, Azərbaycan inamla inkişaf yolunda irəliləyir və beynəlxalq aləmdə öz mövqeyini daha da gücləndirir.
Elm və ali təhsil sahəsində çalışan bir şəxs kimi dövlət rəhbərliyinin elmə, təhsilə, beynəlxalq dialoqa və insan kapitalının inkişafına göstərdiyi yüksək diqqəti böyük dəyər kimi qiymətləndirirəm. Bu münasibət biz alim və müəllimləri Vətənimizin tərəqqisi naminə daha böyük məsuliyyət və əzmlə çalışmağa ruhlandırır.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz çoxşaxəli və məsuliyyətli fəaliyyətinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və Azərbaycan Respublikasının firavanlığı, sabitliyi və davamlı inkişafı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Fatyanova Natalya Vladimirovna, texnika elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri