“JSM Financial Group” MMC-nin kollektivindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
IV Şuşa Qlobal Media Forumu çərçivəsində müxtəlif ölkələrdən olan media nümayəndələri ilə keçirdiyiniz görüş və forum zamanı səsləndirdiyiniz strateji əhəmiyyətli fikirlər ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verdi.
Forum çərçivəsində Azərbaycanın müasir inkişaf mərhələsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri, regionun gələcək iqtisadi və nəqliyyat imkanları barədə təqdim etdiyiniz dolğun məlumatlar ölkəmizin əldə etdiyi uğurların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasına xidmət etdi. Şuşanın belə mötəbər beynəlxalq platformaya ev sahibliyi etməsi isə Azərbaycanın artan nüfuzunun və təşkilatçılıq imkanlarının növbəti göstəricisi oldu.
Sülh gündəliyinin irəli aparılması, regional sabitliyin qorunması və dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın vacibliyi ilə bağlı ifadə etdiyiniz mövqelər Azərbaycanın məsuliyyətli və etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə tutduğu mövqeni bir daha nümayiş etdirdi.
Azərbaycanın milli maraqlara söykənən müstəqil xarici siyasəti, qardaş Türkiyə ilə sarsılmaz strateji tərəfdaşlığı, eləcə də digər dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığın inkişafına dair səsləndirdiyiniz fikirlər ölkəmizin ardıcıl və uzaqgörən dövlət siyasətinin bariz ifadəsi kimi yüksək qiymətləndirildi.
Media nümayəndələrinin suallarını ətraflı və əsaslandırılmış şəkildə cavablandırmağınız, Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya aydın, inamlı və faktlara əsaslanaraq çatdırmağınız ölkəmizin informasiya diplomatiyasının uğurlu nümunəsi oldu.
“JSM Financial Group” MMC olaraq, rəhbərliyiniz altında ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatları, sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, maliyyə və idarəetmə sahəsində şəffaflığın gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiririk.
Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Azərbaycanın daha da qüdrətlənməsi, Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafı, xalqımızın rifahının yüksəlməsi naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə daim uğurlar diləyirik.
Dərin hörmətlə,
“JSM Financial Group” MMC-nin kollektivi
Azərbaycan Respublikası, Bakı şəhəri