14 iyul 2026, 15:55

Gülşən İmanzadədən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif etməyiniz şəhid ailələrinə xüsusi sevinc bəxş etdi.

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan yoldaşım Ayaz İmanzadənin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ayaz İmanzadənin göstərdiyi qəhrəmanlığın dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi bizim üçün böyük təsəlli və qürur mənbəyidir. Onun əziz xatirəsinə göstərilən ehtiramı heç zaman unutmayacağıq.

Allah şəhidlərimizə rəhmət eləsin, dövlətimizi və xalqımızı qorusun.

 

Hörmətlə,

İmanzadə Gülşən, şəhid ailəsi

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.