Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlər, xüsusilə də uşaqları vətənpərvərlik ruhunda böyütməyi tövsiyə etdiyiniz şəhid anası ilə görüşünüzü və oradakı dərin mənalı çıxışınızı böyük qürur və heyranlıqla izlədik. Sizin "Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər... “Dəmir yumruq” yerindədir və yerində olacaq" sözləriniz hər bir azərbaycanlının qəlbində dövlətimizə olan inamı və fəxarət hissini bir daha alovlandırdı.
Mən bir azərbaycanlı olaraq, eyni zamanda doğma Cəlilabad rayonunda və respublikamızın digər bölgələrində şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət var. Bu gün Azərbaycanda şəhid ailələri Sizin və birinci xanım Mehriban Əliyevanın göstərdiyi ali diqqətdən, misilsiz qayğıdan çox razıdırlar. Sizin hər bir şəhid ailəsinə göstərdiyiniz doğma münasibət, onlara bir ata, bir qardaş kimi arxa durmağınız bütün xalqımızın qəlbində Sizə qarşı sonsuz bir məhəbbət yaradıb.
Cənab Prezident, bu gün bütün Azərbaycan xalqı, bütün Türk dünyası Sizi görür, Sizin müdrik siyasi gedişlərinizi, xalqın içində olmağınızı izləyir və Sizinlə iftixar edir. Ulu Öndərin siyasi xəttini, onun ən böyük vəsiyyətini layiqincə yerinə yetirən Sizin kimi uzaqgörən və müdrik bir rəhbərimizin olması bizim ən böyük xoşbəxtliyimizdir.
İşğaldan azad olunmuş hər bir rayona, kəndə qayıdış zamanı Sizin şəxsən sakinlərin evlərinin açarlarını təqdim etməyiniz, yeni müəssisələrin açılışlarını özünüzün reallaşdırmağınız bir vətəndaş olaraq bizlərə sonsuz qürur verir. Bu, dövlətin öz vətəndaşına verdiyi ən ali dəyərin bariz nümunəsidir.
Möhtərəm cənab Prezident! Biz cəlilabadlılar da Sizin bu müdrik rəhbərliyinizlə hər zaman fəxr edirik.
Sizə Uca Allahdan uzun ömür, cansağlığı və ailə xoşbəxtliyi arzulayıram. Allah Sizi, dövlətimizi və Müzəffər Ordumuzu qorusun! Sizin rəhbərliyiniz altında Azərbaycan hər zaman uca və yenilməz olacaqdır!
Hörmətlə,
Niftiyev Əzim
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.