14 iyul 2026, 16:40

Əmirxan Həsənlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Suraxanı rayonundan da yan keçməyib. Rayonumuzda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinə, rayonumuzun simasının müasirləşməsinə və sakinlərin rahatlığı üçün yaradılan yüksək şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin diqqət və qayğınız nəticəsində rayonumuzun gündən-günə gözəlləşməsi biz sakinlər üçün böyük sevincdir.

Bu fədakar xidmətlərinizə görə Sizə təşəkkür edir, ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

Həsənli Əmirxan

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.