Ələddin Xələflidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən, bir vətəndaş olaraq, Sizin uğurlu siyasətinizi bəyənir və dəstəkləyirəm. Bu siyasət xalqımızı uğurdan-uğura aparır, parlaq gələcək üçün zəmin yaradır.
Sizin dövlətimiz və xalqımız üçün gördüyünüz misilsiz işlər göz qabağındadır. Sizin sayənizdə bizim rayonumuzda da quruculuq və abadlıq işləri uğurla davam etdirilir.
Yeni Suraxanı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri də sakinlər tərəfindən rəğbətlə qarşılanır. Ulu Öndərin xatirəsinə əbədiləşdirilmiş 14 İyul abidəsi,14 İyul küçəsi, Heydər bulağı, şəhidlərin xatirəsinə əbədiləşdirilmiş guşə və Yeni Suraxanı parkı yeni görkəm almışdır.
Cənab Prezident, Biz sakinlər Sizin işinizi yüksək qiymətləndirir,xalqın etimadını layiqincə doğrultduğunuza görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Ələddin Xələfli
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.