14 iyul 2026, 10:03

Əliş Əzimovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

IV Şuşa Qlobal Media Forumunun yüksək səviyyədə təşkili və uğurla keçirilməsi münasibətilə Sizə dərin ehtiramımızı və səmimi minnətdarlığımızı bildiririk

Şuşa şəhərinin qlobal media dialoqunun nüfuzlu platformalarından birinə çevrilməsi, müxtəlif ölkələrdən media rəhbərlərinin, ekspertlərin və jurnalistlərin ölkəmizdə bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil və çoxşaxəli xarici siyasətinin, habelə dövlətimizin sülh, əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan təşəbbüslərinin növbəti uğurlu təzahürüdür.

Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərimiz, xüsusilə də Şuşa şəhəri, qısa müddət ərzində beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, humanitar və media tədbirlərinə ev sahibliyi edən nüfuzlu məkana çevrilmişdir. Bu gün Şuşada keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və davamlı inkişaf strategiyasının dünyaya nümayiş etdirilməsinin bariz nümunəsidir.

IV Şuşa Qlobal Media Forumu informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, media məsuliyyəti, rəqəmsal transformasiya və qlobal əməkdaşlıq kimi aktual məsələlərin müzakirəsi baxımından mühüm beynəlxalq platformadır. Forumun məhz Şuşada keçirilməsi Azərbaycanın bölgədə sülhün, dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsinə verdiyi töhfənin əyani ifadəsidir.

Hörmətli cənab Prezident!

Azərbaycan dövlətinin qüdrətinin möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası, milli maraqlarımızın beynəlxalq müstəvidə qətiyyətlə müdafiəsi və ölkəmizin dünya birliyində nüfuzunun daha da yüksəldilməsi istiqamətində həyata keçirdiyiniz yorulmaz fəaliyyət xalqımız tərəfindən yüksək dəyərləndirilir və böyük rəğbətlə qarşılanır.

Bu münasibətlə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, xalqımızın rifahı və Azərbaycanın tərəqqisi naminə həyata keçirdiyiniz şərəfli missiyada davamlı nailiyyətlər arzulayırıq.

 

Hörmətlə,

Əzimov Əliş

Azərbaycan Respublikası, Şirvan şəhəri