Ələkbər Həsənovdan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident!
IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyiniz fikirlər, media nümayəndələri ilə açıq dialoqunuz və qlobal gündəmdə duran mühüm məsələlərə dair verdiyiniz əhatəli mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edən mühüm çıxış kimi yadda qaldı.
Şuşanın beynəlxalq media dialoqunun mərkəzlərindən birinə çevrilməsi, Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi, Azərbaycanın nəqliyyat-logistika imkanlarının və regional əməkdaşlıq siyasətinin əhəmiyyətinin diqqətə çatdırılması ölkəmizin gələcək inkişaf strategiyasının aydın göstəricisidir.
Forum zamanı regionda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın vacibliyi ilə bağlı səsləndirdiyiniz çağırışlar, beynəlxalq münasibətlərdə dialoq və məsuliyyət prinsipinə verdiyiniz önəm Azərbaycanın hər zaman sülhə, qarşılıqlı hörmətə və etibarlı tərəfdaşlığa sadiq dövlət olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan-Türkiyə qardaşlığının dünyada bənzəri olmayan strateji müttəfiqlik nümunəsi kimi qiymətləndirilməsi, eləcə də ABŞ ilə münasibətlərin inkişafına dair verdiyiniz mesajlar ölkəmizin balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursunun növbəti təsdiqi oldu.
Media nümayəndələrinin suallarını səmimi və açıq şəkildə cavablandırmağınız, beynəlxalq ictimaiyyət üçün maraq doğuran məsələlərə aydınlıq gətirməyiniz, Azərbaycanın mövqeyini faktlara əsaslanaraq dünya ictimaiyyətinə çatdırmağınız xüsusi rəğbətlə qarşılandı.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayır, Azərbaycanın daha da güclənməsi, Qarabağın çiçəklənməsi və dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi naminə həyata keçirdiyiniz fəaliyyətə görə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Həsənov Ələkbər Gündüz oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi