13 iyul 2026, 17:10

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin 11 İyul tarixində Qarabağ və Şərqi Zəngəzura həyata keçirdiyiniz səfəri böyük qürur hissi ilə izlədim.

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində aparılan bərpa-quruculuq işləri ilə tanış olmağınız, doğma yurdlarına qayıdan sakinlərlə səmimi görüşünüz, Laçın rayonunda yeni su elektrik stansiyalarının istifadəyə verilməsi və "Həkəriçay" su anbarının təməlinin qoyulması Azərbaycanın davamlı inkişaf strategiyasının və işğaldan azad olunmuş ərazilərin sürətli bərpasına göstərdiyiniz xüsusi diqqətin bariz nümunəsidir.

Eyni zamanda, Şuşa şəhərində tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak etməyiniz, Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olmağınız, “Yasəmən” hotelinin yeni korpusları ilə tanışlığınız, Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində görülən işlərə baxış keçirməyiniz və sakinlərlə səmimi görüşünüz, həmçinin “Xankəndi” hotelinin açılışında iştirak etməyiniz Qarabağın dirçəldilməsi, turizm potensialının inkişafı, tarixi-mədəni irsin qorunması və bölgənin sosial-iqtisadi tərəqqisinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin uğurlu nəticələrinin parlaq təzahürüdür.

Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzurun əvvəlkindən daha müasir, dayanıqlı və firavan regiona çevrilməsini təmin edir. Bu məqsədyönlü siyasət məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etməklə yanaşı, ölkəmizin sosial-iqtisadi inkişafına da mühüm töhfələr verir.

Sizə ölkəmizin tərəqqisi, xalqımızın rifahı və dövlətimizin daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz yorulmaz fəaliyyətinizə görə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Uca Allah Sizi və dövlətimizi daim qorusun!

 

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.