Əlabbas Məhərrəmovdan, Kürdəmir, Azərbaycan
Hörmətli cənab Prezident!
Demokratik hüquqi bir dövlətdə yaşayan hər bir azərbaycanlı kimi hər birimiz, Dövlətimiz tərəfindən sosial qayğı ilə əhatə olunmuşuq. Sizin uğurlu fəaliyyətinizdə vətəndaş faktoru önəmli yerlərdən birini tutur.
Cənab Prezident, Sizin müqəddəs bir deviziniz var - “Mən xalqımın xidmətçisiyəm”. Bu kəlamlar biz sadə insanlarda böyük ruh yüksəkliyi yaradır.
Sizin sayənizdə vətəndaş məmnunluğunun artırılması istiqamətində qətiyyətli addımlar atmışdır. Vətəndaşlarla səyyar görüşlərin təşkili də bu istiqamətdə atılan uğurlu addımlardandır. Bu görüşlərdə kənd sakinlərinin problemlərinin yerində operativ qaydada həll olunması üçün qətiyyətli addımlar atılır, insanların sosial qayğıları qısa müddət ərzində yerində həll olunur.
Cənab Prezident!
Ailə üzvlərimiz adından regionlarda sosial-iqtisadi inkişafa nail olunduğuna görə razılığımızı bildirir, daim Sizin yanınızda olduğumuzu, dövlətimizin siyasətini dəstəklədiyimizi bildiririk.
Hörmətlə,
Məhərrəmov Əlabbas
Azərbaycan Respublikası, Kürdəmir rayonu