13 iyul 2026, 15:50

Ərəb kənd sakinlərindən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz - Ərəb kəndinin sakinləri, şəhid ataları ölkəmizdə və regionlarda gedən abadlıq və quruculuq işləri ilə qürur duyur, buna görə Sizə təşəkkür edirik.

Bütün bölgələrlə bərabər bizim rayonumuzda da yenidənqurma işləri davam edir. Yaşadığımız Ərəb kəndində də avtomobil yoluna yeni asfalt örtüyü çəkilmişdir.

Bütün bu işlərə görə rayonumuzun şəhid ataları adından Sizə və Mehriban xanıma öz dərin təşəkkürümüzü bildiririk.

Sizə Azərbaycanın gələcəyi naminə uğurlar arzulayırıq.

 

Hörmətlə,

Qurbanov Hafis,

Babayev Sarbala,

Qasımov Baloğlan.

Azərbaycan Respublikası, Masallı rayonu, Ərəb kəndi