Molalan kənd sakinlərindən, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində daim mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda ölkənin əsas yolları ilə yanaşı qəsəbə və kənd yollarının inşası və yenidən qurulması ilə bağlı işlər yüksək keyfiyyətlə, həm də qısa müddətdə icra olunur.
Yaşadığımız kəndi də əhatə edən Mahmudavar-Molalan avtomobil yolunun təmir edilərək asfaltlanması sakinlərə böyük sevinc bəxş etdi.
Respublikanın bütün bölgələrində gedən quruculuq işləri Sizin uğurlu siyasətinizin nəticəsində baş verir. Bizə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq.
Allah Sizi qorusun!
Hörmətlə,
Məmmədov Telman,
Qurbanov Akif,
Nəsirov Bəxtiyar,
Rüstəmov Valeh,
Rüstəmova Simarə,
Rəsulova Gülarə.
Azərbaycan Respublikası, Masallı rayonu, Molalan kəndi