10 iyul 2026, 17:40

Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmiz Sizin rəhbərliyinizlə müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu uğurla davam etdirir. Dövlətimizin suverenliyi, müstəqilliyi və milli maraqları bütün beynəlxalq münasibətlərdə əsas prinsip kimi qorunur.

Azərbaycan müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar və digər sahələrdə qarşılıqlı hörmət və bərabər hüquqlu əməkdaşlığı inkişaf etdirir.

Sizin rəhbərliyinizlə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizin strateji əhəmiyyəti daha da artır və milli maraqlarımız qətiyyətlə müdafiə olunur. Xüsusilə enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri iqtisadi əməkdaşlıq və regional sabitliyin təmin olunması istiqamətində əldə edilən nailiyyətlər Azərbaycanın nüfuzunun yüksəlməsinə mühüm töhfə verir.

Sizin rəhbərliyinizlə həyata keçirilən müstəqil və balanslaşdırılmış siyasət gələcəkdə də Azərbaycanın inkişafına, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, xalqımızın rifahının etibarlı şəkildə qorunmasına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin inkişafı naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

Əfəndiyev Vəfadar

Azərbaycan Respublikası, Ağsu rayonu