Kərgəlan kənd sakinlərindən, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkəmizin hərtərəfli inkişafı, regionların sosial-iqtisadi tərəqqisi, vətəndaşların rifah halının yaxşılaşdırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz məqsədyönlü siyasətə görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı və sonsuz ehtiramımızı bildiririk.
Sizin rəhbərliyiniz altında ölkəmizdə insan amili daim ön planda tutulur, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, onların problemlərinin operativ həlli üçün mühüm tədbirlər həyata keçirilir. Bu siyasətin nəticələrini biz öz gündəlik həyatımızda aydın şəkildə hiss edirik.
Vətəndaş müraciətlərinə diqqətlə yanaşılması, qaldırılan problemlərin həlli istiqamətində operativ və effektiv tədbirlər görülməsi vətəndaş məmnunluğunun təmin olunmasına mühüm töhfə verir.
Kəndlərdə keçirilən səyyar vətəndaş qəbullarında qaldırılan məsələlər dərhal nəzarətə götürülür, aidiyyəti üzrə tapşırıqlar verilir və həll olunur. Bu operativlik, məsuliyyət və vətəndaşlara göstərilən diqqət sakinlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.
Vətəndaşlara qarşı belə nümunəvi fəaliyyət Sizin tərəfinizdən müəyyən edilmiş vətəndaş yönümlü idarəçilik siyasətinin yerlərdə uğurla həyata keçirilməsinin əyani göstəricisidir. Belə fəaliyyət dövlətə olan inamın daha da möhkəmlənməsinə, vətəndaş məmnunluğunun yüksəlməsinə və insanların dövlət ətrafında daha sıx birləşməsinə xidmət edir.
Bu münasibətlə Lənkəran rayonunun inkişafına, sakinlərin problemlərinin həllinə, vətəndaş müraciətlərinə göstərilən diqqətə və insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm cənab Prezident!
Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Nəsirov Xanhəsən,
Əliyev Mirzəli,
Əliyev Samit,
Rzayev Ramiz,
Hüseynov Mais,
Nəsirov Elvin,
Hacıyev Müzəffər,
Rzayev Mais,
Paşayev Nadir,
Əhmədov Musarıza.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi