10 iyul 2026, 15:20

Hakim Qurbanovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin keçən il imzaladığınız “Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncama uyğun olaraq Molalan kənd yollarında təmir işlərinə start verilmişdir.

Hazırda yol infrastrukturumuz yenilənir, müasir standartlara uyğun, yüksək keyfiyyətli hamar, yeni asfalt yol çəkilir.

Sevincimizin həddi hüdudu yoxdur. Sizə bütün kənd ictimaiyyəti, ziyalıları adından təşəkkürümüzü bildiririk.

 

Hörmətlə,

Qurbanov Hakim

Azərbaycan Respublikası, Masallı rayonu, Molalan kəndi