Rüdəkənar kənd sakinlərindən, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Həyata keçirdiyiniz uzaqgörən, milli maraqlara əsaslanan və xalqın rifahına xidmət edən siyasətiniz nəticəsində ölkəmizdə sabitlik və davamlı inkişaf təmin olunmuşdur. Sizin tapşırıqlarınız əsasında ölkənin bütün bölgələrində aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bunun bariz nümunəsidir.
“Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamınızın icrası ilə əlaqədar yaşadığımız kəndi də əhatə edən Mahmudavar-Molalan avtomobil yolu təmir edilərək asfaltlandı.
Bu diqqət və qayğıya görə kənd sakinləri adından Sizə dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı və dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Şabanov Mübariz,
Abbasov Qurbanəli,
Xanməmmədov Cəmşid,
Həmidov İsaq,
Nemətov Rəfail,
Rəhimov Fəmail.
Azərbaycan Respublikası, Masallı rayonu, Rüdəkənar kəndi